Gənclər və idman naziri Fərid Qayıbov Naxçıvanda vətəndaş qəbulu keçirib

Fevralın 6-da gənclər və idman naziri Fərid Qayıbov Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası üzrə şəhər və rayon sakinlərini qəbul edib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda fevral ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.